Suzuki şirkəti Paris avtosalonunda yığcam Jimny ofrouderinin yeni nəsilinin Avropa təqdimatını keçirib. Avtosalonun başlanmasına üç gün qalmış, Avropadakı Suzuki dilerləri yeni ofrouderə sifarişləri qəbul etməyə başlayıblar.

Kiçik üçqapılı ofrouder sələfinin əsas xüsusiyyətlərini qoruyub-saxlayıb: model ramaya və bütöv körpülərə malikdir. Avtomobilin raması ön tərəfdə xaçşəkilli dayaqlarla möhkəmləndirilmiş, ön və arxa tərəfdə köndələn qollar bərkidilmişdir. Körpülərin eni də 40 millimetr genişləndirilmişdir.

Yeni ofrouder əvvəlki modeldən ön oxun məcburi qoşulması və aşağı pillələr cərgəsi olan transmissiyanı da irsən alıbdır. Adi halda Suzuki Jimny arxaçəkişlidir. Model iki növ qutu - beş pilləli mexaniki və ya dörd diapazonlu avtomatik qutular ilə təklif edilir. Avtomobil yaylı asqıya və hidravlik dempferi olan sükan mexanizminə sahib olub. Mühərrikə gəldikdə isə, ofrouder 102 at qüvvəli benzin mühərriki ilə təchiz edilir.

Avtomobilin qabarit uzunluğu 3645 millimetr, eni isə 1645 millimetrdur.  Yeni Jimny artıq yardımçı elektronika ilə də təchiz olunur. Ofrouderin təchizatına dağdan enmə yardımçısı və stabilizasiya sistemi daxil edilib.  Modelin kuzovu tamamilə yenidir və hərbi ofrouderləri xatırladır. Yeni model Avropada Comfort və Comfort+ modifikasiyalarında təklif ediləcəkdir. “Plyus” variant klimat-kontrolun, sükanın dəri örtüyünün, yüngül lehimli disklərin, naviqasiya sisteminin, günlüklərdəki güzgülərin və baqaj döşəməsindəki orqanayzerin mövcudluğu ilə seçilir.

Comfort+ təchizat səviyyəsini seçmə şansı yalnız mexaniki qutusu olan avtomobillərin sahiblərinə verilibdir. Avtomatik qutu ilə təchiz edilmiş ofrouderlər yalnız Comfort səviyyəsinə malik olacaqdırlar. Almaniyada Suzuki Jimny 17915 avrodan başlayan qiymətlərlə satılacaqdır. Yeni ofrouderin Azərbaycan bazarında satılacağı barədə məlumat verilməyib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt