Vyetnamın VinFast markası Paris avtosalonuna ilk iki modelini nümayiş etdirib. Əvvəlki nəsil BMW X5 və BMW 5-Series modellərinin platformasında inşa edilən Lux A2.0 sedan və Lux SA2.0 SUV modellərinin istehsalına gələn ilin yazında başlanacaqdır. Hayfonda inşa edilmiş zavod tam gücünə 2019-cu ilin sentyabrında çıxmalıdır.

VinFast avtomobillərinin dizaynı üzərində Pininfarina atelyesi işləyibdir. İstehsalçı yeni avtomobillərdə “vyetnam ruhunun, italyan dizaynının və alman texnologiyalarının” əksini tapdığını iddia edir. Eyni zamanda, VinFast avtomobillərinin “inkişaf edən Vyetnamın gücünün, mütərəqqi ruhunün, enerjisinin” simvolu olduğu qeyd edilib.   

Pininfarina ilə yanaşı avtomobillərin yaradılması prosesinə Bosch, Magna və Siemens kimi məşhur şirkətlər də cəlb edilib. Bu şirkətlər alman platformalarını təkmilləşdirməyə yardım ediblər.  Şirkətlər avtomobillərin passiv təhlükəsizliyini yaxşılaşdırmış, bir sıra qovşaq və aqreqatlarını təkmilləşdirmişdirlər.

Qeyd etmək lazımdır ki, 5-Series sedanının bazasında inşa edilən Lux A2.0 modeli donorundan 66 millimetr uzun və 40 millimetr enlidir. Avtomobillərin hündürlüyü və təkər bazası isə eynidir – 1464 və 2968 millimetr. Sedan yalnız arxadan çəkişli variantda ilə təklif ediləcəkdir. Onun mühərriki isə 176 at qüvvəsinə və 300 Nm fırlanma anına malikdir. Sedan 100 km/saat həddinə 7,1 saniyəyə sürətlənir.

VinFast Lux SA2.0 krossoveri isə tam və arxadan çəkiş sistemi ilə təchiz edilir. Krossoverin qabarit uzunluğu  4940 millimetr, eni – 1960 millimetr, hündürlüyü isə 1773 millimetrdir. Beləliklə, krossover donoru olan BMW X5 modelindən 54 millimetr uzun, 22 millimetr enli və 11 millimetr hündürdür. Təkər bazası, məlum məsələdir ki, X5 ilə eynidir. Krossoverin mühərriki 231 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edir. Lux SA2.0 SUV 100 km/saat həddinə 9,1 saniyəyə sürətlənəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt