Peugeot şirkəti WTCR kuzov çempionatı, beynəlxalq turinq seriyaları VLN (Almaniya), CER (İspaniya), CITE (italiya) BDGC (Belçika) və 24 saatlıq marafonları üçün hazırladığı 308 hetçbekini təqdim edib. Yarış avtomobilinin qiyməti 109 min avrodur.

Yeni avtomobil Peugeot 308 Gti “qaynar” hetçbekinin bazasında hazırlanıbdır. Yarış avtomobili adi hetçbekdən genişləndirilmiş təkər izi, tənzimlənən yarış asqısı, yüngülləşdirilmiş interyeri və təkmilləşdirilmiş aerodinamik kuzov dəsti ilə seçilir. Peugeot 308 Gti TCR modeli 350 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 1,6-litrlik turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli sekvental ötürmələrə qutusu ilə birlikdə çalışır. Hetçbek öndən çəkişlidir.

Bundan başqa, hetçbek 18-düymlük təkər diskləri, öndə 378 millimterlik diskləri və altıporşenli mexanizmi, arxada isə 270 millimetrlik sikləri və ikiporşenli mexanizmi olan əyləc sistemi ilə təchiz edilir. Fransız şirkətindən avtomobilin çox etibarlı olduğunu bildiriblər. Onlar avtomobilin “döyüş” rejimində 5000 kilometr qət edəcəyini bildiriblər. Bu WTCR çempionatının bütov mövsümündə qət edilən məsafədən iki dəfə çoxdur. Avtomobilin istismar xərci bir kilometrə 4,5 avro təşkil edəcəkdir.

WTCR çempionatı WTCC və TCR çempionatlarının birləşməsi nəticəsində yaranıb. Yeni seriyanın ilk mərhələsi aprel ayında Mərakeşdə başlanacaqdır. Son yarış isə noyabr ayında Makaoda keçiriləcəkdir. Bu seriyada Peugeot 308 GTi ilə yanaşı VW Golf Gti, Hyundai i30 N, Honda Civic Type R, Audi RS3 LMS və Renault Megane RS modelləri də çıxış edəcəkdirlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt