Peugeot şirkəti yeni 308 universalını təqdim edib. Yeni universal bu yaxınlarda təqdim olunan hetçbekin eksteryer və interyer dizaynını tamamilə təkrarlayır. Ancaq universal gözlənildiyi kimi nəzərəçarpacaq dərəcədə uzundur. Modelin mühərrik çeşidinə iki benzin, dizel və bir neçə hibrid qurğu daxildir. Peugeot 308 SW modelinin Avropadakı satışlarına bu ilin sonuna qədər başlanmalıdır.

Hetçbekdə olduğu kimi, universal da eyni orijinal radiator barmaqlığını, yeni işıq texnikasını və şaquli LED gündüz hərəkət işığlarını əldə edib. 308 SW modelinin arxa hissəsində iki kiçik spoyler quraşdırılıb.

Universalın hetçbekdən əsas fərqi, məlum məsələdir ki, ölçüləridir. 308 SW modelinin uzunluğu 4640 mllimetr, təkər bazasının genişliyi isə 2732 millimetrdir. Hetçbekdə bu göstəricilər ,müvafiq olaraq, 4360 və 2677 millimetr təşkil edir.

Arxa oturacaqlar qatlanması halında universalın baqaj bölməsinin həcmi 1,634 litrə qədər artır. Üstəlik, arxa cərgənin oturacaqlarını birbaşa baqajdan qatlamaq olar.

Peugeot 308 SW modelinin salonunda eyni rəqəmsal cihazlar paneli və multimedia sisteminin 10,0-düymlük ekranı yerləşdirilib. Bundan əlavə, universalın standart avadanlıqlarına Bluetooth və dörd USB portu daxil edilib. Əlavə ödəniş qarşılığında avtomobili 10 dinamiki və gücləndiricisi olan səs sistemi ilə təchiz etmək olar.

Universalın mühərrikləri də hetçbeklə eynidir. 308 SW universalının baza aqreqatı, versiyadan asılı olaraq, 110 və 130 at qüvvəsi hasil edən 1,2-litrlik benzin turbomühərrikidir. 110 at qüvvəli versiya 6-pilləli mexaniki transmissiya, daha güclü versiya isə 8-pilləli "avtomat" ilə təchiz olunur.

Bundan başqa, hər iki transmissiya ilə təchiz edilən 130 at qüvvəli 1,5-litrlik dizel mühərriki də mövcuddur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hetçbek kimi universal da 1.6-litrlik turbomühərrikə əsaslanan iki hibrid güc qurğusu təklif ediləcəkdir.  Hibrid qurğunun hasilatı 150 və ya 180 at qüvvəsi olacaqdır. Hibrid güc aqreqatının tərkibinə ənənəvi daxili yanma mühərriki, 110 at qüvvəli elektrik mühərriki və 12,4 kilovat-saatlıq batareya daxildir. Elektrik ötürməsi ilə qət edilən məsafə 60 kilometr təşkil edir.

Peugeot 308 SW modeli Fransanın Myuluz şəhərindəki zavodda buraxılacaqdır. Yeni universalın satışlarına 2021-ci ilin sonuna qədər başlanmalıdır. Modelin qiyməti açıqlanmayıb.