İsveçrədə fəaliyyət göstərən Pilatus Aircraft şirkəti ölkəmizdə o qədər də məşhur deyil. Bunun səbəbi də məlumdur - ölkəmizdə biznes aviasiyanın inkişafı üçün gərək olan şərait yox səviyyəsindədir. Buna baxmayaraq, dərgimiz zaman-zaman bu maraqlı sahə haqqında məlumat verməyi özünə borc bilir. O bilər ki, gələcəkdə bu sahənin inkişafı üçün münbit şərait yaransın və yazdıqlarımız kiminsə karına gəlsin.

Beləliklə, keçək necə deyərlər, əsas mövzuya. Pilatus Aircraft şirkəti kiçik ölçülü yüngül təyyarələrin istehsalçısı kimi tanınır və ən maraqlısı oldur ki, isveçrəlilər yeni "universal reaktiv təyyarələr" seqmentinin yaradıcısı sayılırlar. Bu seqmenti yaratmağa onlara PC-24 ceti yardım edib. Bu biznes cet özündə PC-12 modelinin qalxış-eniş xüsusiyyətlərini (qısa qalxış və eniş məsafəsi, o cümlədən torpaq zolaqlardan istifadə etmək imkanı) midsize sinifində olan reaktiv təyyarələrə məxsus olan salonu, yük bölümünü və kreyser sürətini cəmləşdirib.

Rəvan döşəməyə malik olan geniş salon səkkiz sərnişin uçuş heyəti və baqaj üçün kifayət qədər məkan təklif edir. Təyyarənin quyruq hissəsinə yaxın əyləşdikdə salon uzun görünür: pilotların kabini 10 metrlik məsafədə yerləşir. Üstəlik uçuş zamanı salonda əla sakitlik təmin edilir. Bir çox operatorlar Pilatus PC-24 modelini səkkiz yerli Executive konfiqurasiyasında sifariş etməyə üstünlük verirlər. Bu quruluş, dörd sərnişin götürən zaman kresloları rahat yatmaq üçün açmağa imkan verir.

Salonda müasir rabitə sistemi quraşdırılmışdır. Daha zövqlu müştərilər üçün Zermatt interyeri də əlçatandır. Yeni komfort və funkionallıq standartlarına cavab verən salonu tərtib edən zaman, istehsalçı yalnız yüksək keyfiyyətli materiallardan istifadə edir. Hər bir element dizaynerlər komandası tərəfindən Pilatus sahiblərinin rəyinə və təcrübəsinə əsaslanaraq dəqiqliklə seçilir. Bunlara misal olaraq, kresloların üzləndiyi yumşaq dərini və nadir ağac növlərindən hazırlanmış parket döşəməni göstərmək olar. PC-24 modelinin sərnişin salonu 13 illuminatorun köməkliyi ilə təbii işıqla doldurulur. Bu artıq birinci sinif ilə səyahət deməkdir - bu Crystal Class-dır!

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pilatus şirkəti PC-24 modelinin salonunu əvvəlcədən yeyin və asan transformasiya edilən yaradıb. Arxa arakəsmə hərəkət edir, bunda görə də, sərnişin kabinini və ya baqaj bölməsini asanlıqla böyütməyə, yeddi metrlik salon isə təyyarə sahibinin istənilən xəyalını gerçəkləşdirməyə imkan verir. Bundan başqa, təyyarənin quyruq hissəsində yerləşən və kip bağlanan baqaja içəridən də giriş təmin edilir.

Pilatus PC-24 modelinin kreyser sürəti 787 km/saat, maksimal üçuş hündürlüyü 13.716 metr, maksimal qalxış çəkisi 8.006 kilqoram, uçuş mənzili isə 3610 kilometrdir. Yaddan çıxarmaq lazım deyil ki, iki mühərrik ilə təchiz edilmiş cet, torpaq zolağa enib-qalxan yeganə reaktiv təyyarədir. Cetin təxmini satış qiyməti 10,7 milyon dollar təşkil edir.