"Pirelli Motorsport"un rəhbəri Mario İzola bildirib ki, təkər testlərində təcrübəli sürücülərlə işləmək fikrindədir. Hətta bununla bağlı Fernando Alonso da bu il McLaren ilə "Pirelli"nin təkər testlərində iştirak edib.

Mario İzola: "Bu cür təcrübəli sürücünün bizə kömək etməsi sevindirici haldır. Biz həmişə testlərdə təcrübəli sürücüləri görməyi arzulayırıq. Gənc sürücülər də maşına oturmalıdır, bunu da başa düşürük, lakin onlardan faydalanmaq bəzən çətin olur”.