DTM çempionu və Force India komandasının sabiq pilotu Pol di Resta Aston Martin markasının DTM çempionatındakı komandasının ilk pilotu elan edilib.

Pol di Resta DTM çempionatında doqquz mövsüm boyu Mercedes komandasının pilotu olub. O, 2010-cu ildə 11 yarışda qalib gələrək çempionluq titulunu əldə edib. Mercedes komandasının DTM çempionatını tərk etməsindən sonra işsiz qalan di Resta Aston Martin komandası ilə müqavilə bağlayıb.

Gəzən şayiələrə görə, Pol di Restanın keçmiş komanda yoldaşı Daniel Hunkadelya da Aston Martin komandasına qoşulmaq niyyətindədir. Söylənilənlərə görə, HWA komandasının təşkil etdiyi gənc pilotların sınaqlarında iştirak etmiş Ceyk Dennis və Ferdinand Qabsburq da Aston Martin heyətinə qoşulacaqdırlar.