Polestar şirkəti 1500 nüsxəlik məhdud sayda tirajla buraxılacaq Volvo S60 və V60 modellərini hazırlayıb. Xüsusi seriyadan olan avtomobillər yerəbasma gücünü 30 faiz artıran aerodinamik kuzov dəstinə sahib olublar.

Aerodinamik kuzov dəsti Polestar firması, Volvo markasını WTCC çempionatında təmsil edən Cyan Racing komandası ilə birlikdə hazırlayıb. Dəstin hazırlanması zamanı bu çempionatda əldə edilən məlumatlardan geniş istifadə olunub. Dəstin bir sıra elementləri Nürburqrinqdə rekord yürüşü etmiş Volvo S60 sedanında da sınaqdan çıxarılıb.

Dəstin tərkibinə ön splitter, kuzov kandarlarına əlavələr, arxa spoyler və diffuzor daxildir. Hər bir element karbon liflərindən hazırlanıb. Ümumilikdə Polestar firması baza modeli ilə müqayisədə 250 elelmenti yeniləyib. Sedan və universallar 367 at qüvvəsi və 470 Nm fırlanma anına malik olan 2,0-litrlik dörd silindrli turbomühərrik, səkkiz pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə təchiz edilirlər.

Yerindən 100 km/saat həddinə S60 və V60 modelləri müvafiq olaraq 4,7 və 4,8 saniyəyə sürətlənirlər. 200 km/saat həddinə sürətlənməyə isə, müvafiq olaraq 17,2 və 17,4 saniyə gərəkdir. Hər iki modelin maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb.

Təkmilləşdirmələrin siyahısına tənzimlənən Öhlins amortizatorları, karbonla gücləndirilmiş ön dayaqları birləşdirən mil, S60/V60 T6 R-Design modelindəkindən 80% sərt olan arxa yaylar, altı porşenli Brembo əyləc mexanizmləri və 245/35 şinləri taxılmış 20 düymlük təkər diskləri daxildir. 1500 avtomobilin hər birinin salonunda, onun sıra nömrəsi həkk edilmiş lövhəcik quraşdırılacaqdır.

Xüsusi versiyadan olan avtomobillərin qiyməti açıqlanmayıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt