Bu yaxınlarda, Massaçusets polisinin apardığı əməliyyat zamanı, 45 avtomobildən ibarət kolleksiya aşkar edilib. Kolleksiyanın aşkar edilməsinə, marixuananın qeyri-qanunu dövriyyəsinin qarşısının alınması məqsədilə aparılan iri miqyaslı əməliyyat səbəb olub.

Carscoops saytının bildirdiyinə görə, 21 avqust tarixində Nyu Salem şəhərinin sakini Kori Telyolun idarə etdiyi furqonu saxlayan polislər, avtomobilin içərisində 62 kiloqram marixuana aşkar ediblər. Şübhəlinin evində aparılan yoxlama zamanı marixuana dolu altı kisə, bir milyon dollar nağd pul və 24 silah ilə yanaşı, 45 avtomobildən ibarət olan kolleksiya aşkar edilib. 

Image alt Image alt Image alt Image alt Image alt

Dəbdəbəli malikənəyə çevrilmiş yanğınsöndürmə deposunda saxlanılan avtomobillərin arasında səkkiz ədəd nadir tapılan Toyota Mk4 Supra sportkarı və müxtəlif BMW M3 modelləri aşkar olunub. Avtomobiilərin arasında Nissan Skyline, Mitsubishi Lancer Evo modelləri də vardır.

Yerli KİV-lərin bildirdiyinə görə, polis 41 yaşlı Kori Teylorun idarə etdiyi furqonda 62 kiloqram marixuana ilə yanaşı, FedEx forması və kastetlər də tapılıb.