Yaponiyalı polis nəfəri velosipeddə yol hərəkəti qaydalarını pozan Lamborghini Huracan sahibini təqib edərək ona çatıb və cəza kəsibdir. Bu barədə video YouTube kanalında comb318 istifadəçisi tərəfindən yayılıb.

Sürücü sola dönmə zamanı nizamlayıcı işıqların qadağan siqnalına məhəl qoymayaraq hərəkəti davam etdiribmiş. Lamborghini Huracan superkarı 610 at qüvvəsi gücü və 560 Nm fırlanma anı olan 5,2-litrlik V10 mühərriki ilə hərəkətə gəlir. Superkar 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənmək imkanına malikdir. Onun maksimal sürəti 325 km/saata bərabərdir.