Bir il bundan qabaq Porsche şirkəti puristlərə ünvanlanmış 911 T (Touring sözündən) sportkarını təqdim etmişdi. Sportkar qısa zamanda müştərilərin rəğbətini qazanmağa müvəffəq olub. Bu rəğbət alman istehsalçısını 718 ailəsinə daxil olan Cayman və Boxster modellərini də T variantlarını buraxmaq qərarına gəlib. Modelin fəlsəfəsi dəyişilməz qalıb: T-modelləri salon təchizatında artıq avadanlıqdan imtina edilən və avtomobilin idarəetmə xarakteristikalarını yaxşılaşdıran sistemlər ilə bol olan modifikasiyalar sayılır.

Cayman T və Boxster T modellərinin əsasını 300 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrikə malik olan standart Porsche 718 təşkil edir. Avtomobil standart olaraq 6-pilləli mexaniki qutu ilə təchiz olunur. Opsional olaraq 7-diapazonlu iki muftalı PDK “robotunu” da sifariş etmək olar. Bundan başqa, Cayman T və Boxster T adaptive PASM asqısı, Sport Chrono dəsti, özüqapanan differensial, 20-düymlük təkər diskləri və idman buraxılış sistemi ilə təchiz edilirlər.

Avtomobillərin standart təchizatında mediasistem və multisükan nəzərdə tutlmayıb. Lakin, bunları əlavə ödəniş etmədən də sifariş etmək olar. Daxili qapı dəstəkləri də parça analoqları ilə əvəz ediliblər. Ötürmələr qutusunun dəstəyi də bir qədər qısaldılıbdır. Nəhayət, T modelləri interyerin xüsusi tərtibatına malikdirlər: oturacaqlarda qırmızı tikişlər, ön paneldə isə parlaq dekor elementləri vardır.

Porsche 911 Carrera T modelindən fərqli olaraq kiçik “puristlər” baza modelindən yeyin olmayıblar. Mexaniki sürət qutusu ilə təchiz edilən 718 Cayman T və Boxster T 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir. PDK “robotuna” malik olan modellər isə bu işə 4,9 saniyə sərf edirlər. Sport Chrono dəsti bu rəqəmi 4,7 saniyəyə qədər azaltmağa imkan verir. Maksimal sürət 275 km/saatdır.

T modelləri eyni opsiyalara malik olan standart modeldən 5-10% uçuz olmalıdırlar. Avtomobillərin satışına yaxın zamanlarda başlanılmalıdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt