Ən ekstremal Porsche sportkarı olan 911 GT2 RS modeli Almaniyanın limitsiz avtobanında 356 km/saat həddinə qədər sürətlənib. Avtomobilin sürətlənməsi əks olunan videoçarx alman "Sport Auto" nəşri tərəfindən yayınlanıb.

Videoçarxdakı yazıda GPS-in məlumatlarına əsasən sportkarın 342 km/saat həddinə qədər sürətləndiyi bildirilib. Bu rəqəm, Porsche 911 GT2 RS modelinin istehsalçının göstərdiyi rəsmi xarakteristikasına daha yaxındır. Porsche şirkəti modelin maksimal sürətinin 340 km/saat olduğunu bildirib. Maksimal həddə çatmaq üçün sportkara 58 saniyə tələb olunub.

Porsche 911 GT2 RS modelinin dünyəvi təqdimatı Qudvudda keçirilən Sürət Festivalında baş tutumuşdu.

Arxa çəkişli superkar 700 at qüvvəsi hasil edən 3,8-litrlik altısilindrli biturbo mühərriklə və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə yeni superkar 2,8 saniyəyə sürətlənir. Superkar yarış asqısını, tam idarələnən şassini, karbon-saxsı əyləc mexanizmlərini, 100 faizlik qapanması olan differensialı, idman rejimi olan yenidən tənzimlənmiş stabilizasiya sistemini, öndə 20-düymlük, arxada 21-düymlük təkər disklərini əldə edib. Bu disklər müvafiq olaraq 265/35 və 325/30 ölçülü şinlərlə təchiz edilir.