Porsche şirkəti Colours of Speed – 50 Years of the 917 sərgisində əfsanəvi 917 sportprototipinin müasir təfsirini nümayiş etdirəcəkdir. Dizayner və mühəndislərdən ibarət olan kiçi bir qrup tərəfindən yaradılmış avtomobil 10 ədəd klassik sportprototip ilə birlikdə göstəriləcəkdir.

Porsche 917 modelinin dünyəvi təqdimatı düz 50 il bundan öncə - 12 mart 1969-cu ildə cenevrə avtosalonunda baş tutub. Sportprototipin ilk nüsxəsi – 917-001, - o zaman qüvvədə olan Group 4 qrupunun texniki reqlamentinə uyğun hazırlanıb. 23 nömrəsi ilə “Le Manın 24 saatı” yarışlarında iştirak edən sportprototip 1970-ci ildə ilk qələbəsini qazanıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche məhz bu avtomobili bərpa edərək bu ilki Cenevrə avtosalonuna gətirib. Sportprotoipin bərpası bir il çəkib. Bərpa işlərində Porsche muzeyinin mühəndisləri, Zuffenhauzendən və Vayssaxda işləmiş keçmiş texnikləri, həmçinin şirkətin tərəfdaşları iştirak ediblər. Əsas şərtlərdən biri orijinal detallardan istifadə,arxiv çertyojları və şəkilləri ilə müqayisə olub. İlkin görkəmi bərpa etmək üçün ön və arxa kuzov panellərini 3D-printerində çap və məkanvari alüminium ramasının arxa bölümünü bərpa etmək gərək olub.

Colours of Speed – 50 Years of the 917 sərgisində 14 eksponat nümayiş etdiriləcəkdir. Onların mühərriklərinin ümumi gücü 7795 at qüvvəsi təşkil edəcəkdir.