Porsche şirkəti beş Macan krossoverini markanın yarış ənənələrini əks etdirən məşhur yarış livreyalarına boyayıb. Avtomobillərin şəkilləri Sinqapurun məşhur məkanlarında çəkilib.

Qırmızı, tünd-göy və mavi zolaqlarla bəzədilən ağ kuzov bizləri 1970-ci illərə aparır.

O zaman Porsche 917 sportkarının sponsoru italyan vermut və köpüklənən şərab istehsalçısı Martini & Rossi olub. Rothmans livreyası isə 1982-ci ildə Le Manda Porsche 956 modelində debüt edib. Həmin il Porsche komandası bu marafonda ilk üç yeri tutmuş, sonra isə, Nürburqrinqdəki trassanı 6 dəqiqə 11,13 saniyə zamanla qət edərək yeni rekorda imza atmışdır.  «Çəhrayı donuz» livreyası isə, 1971-ci ildə «Le Manın 24 saatı» marafonunda yarışan eksperimental Porsche 917/20 modelinə məxsus olub.

Avtomobil nəinki təsnifat mərhələsinin ən sürətli avtomobili, həmçinin ilin ən çox fotoşəkili çəkilən yarış avtomobili olubdur. 

Salzburg Design adlı qırmızı livreya «qısa quyruqlu» Porsche 917 KH modelini təmsil edir. Bu yarış avtomobili 14 iyun 1970-ci ildə Le Man yarışını birinci tamamlamışdır. Porsche yarış avtomobillərinin daha bir əfsanəvi livreyası olan Gulf pilot və mühəndis Con Uayer sayəsində məşhurlaşıb. O komandanın sponsoru olan Gulf Oil şirkətinin rənglərindən istifadə edib. 1970 və 1971-ci illərdə mavi rəngli kuzova və narıncı zolağa malik olan Porsche 917 avtomobilləri bir neçə yarışda qələbə qazanmışdılar. Onların arasında «Spanın 1000 kilomteri» marafonu da olub.

Gulf rənglərinə boyanmış avtomobillər 1971-ci ildə çəkilmiş «Le Man» filminin qəhrəmanları da olublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt