Böyük ehtimalla Dünya dözümlülük çempionatının (WEC) ən yüksək sinifi olan LMP1 kateqoriyasında bir avtoistehsalçı qalacaqdır.

Bir neçə alman nəşri və Sportscar365 mənbələri şənbə günü Porsche direktorlar şurasının iclasında markanın LMP1 kateqoriyasındakı proqramının taleyi həll edilib. Alman istehsalçısı hər il 200 milyon dollar xərclədiyi çempionatı bu mövsümün sonunda tərk etmək qərarına gəlib. Söylənilənlərə görə, bu barədə bəyanat yaxın 24 saat ərzində verilməlidir.

«Onlar öz iştiraklarını təsdiqləmək fikrində deyillər, - Audi komandasının çempionatı tərk etməsi ilə  Porsche komandasına keçən Andre Lotterer bildirib. - Canım boğazıma yığılıb! Nələrin baş verdiyini anlamıram. Bu həftənin əvvəlində Mercedes DTM çempionatını tərk etdiyini зкуыыуaçıqlayıb.İndi isə hər kəs Porsche şirkətinin bəyanatını gözləyir. Bəs indi biz nə edək?». 

Əgər doğrudan da Porsche çempionatı tərk edərsə bu WEC çempionatının LMP1 kateqoriyasını təhlükəyə atacaqdır.  Minimal olaraq iki zavod komandasının iştirakını tələb edən kateqoriya dünya çempionatı statusunu itirə bilər.