Porsche şirkəti Nyu York avtosalonunda 911 sportkarının xüsusi variantını - Speedster modelini təqdim edib. Drayver sportkarı 911 GT3 modelinin şassisində inşa edilib və 4,0-litrlik oppozit mühərriki ilə təchiz edilib. Bundan başqa, Porsche Motorsport mütəxəssisləri avtomobilin çəki atması üzərində ciddi işləyiblər.

Spidster mühərrikin dayaqlarının və dönən arxa təkərlərin unikal tənzimlənməsinə sahib olub. 4,0-litrlik oppozit mühərriki 509 at qüvvəsi və 469 Nm fırlanma anı hasil edir. Eyni moment 911 GT3 və 911 GT3 RS modellərinə də xasdır. Fərq isə fərdi drossel çəpərciklərindədir. Bunun sayəsində avtomobilin reaksiyasını yarış 911 GT3 R səviyyəsinə çatdırılıb. Porsche 911 Speedster yalnız altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 60 mil/saat (97 km/saat) həddinə 3,8 saniyəyə sürətlənir. Modelin maksimal sürəti 309 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobilin çəkisinin azaldılmasını təmin etmək məqsədi ilə, onu yüngülləşdirilmiş qapı panelləri ilə təchiz ediblər. Baqaj qapağı, qanadlar və spoylerlər karbondan hazırlanıb. Kuzovun ön və arxa hissəsi poliuretandan düzəldilib. Əyləc mexanizmləri standart variantdan 50% yüngül olan karbon-saxsı mexanizmləridir. Spidster kondisionerdən məhrum olub, yumşaq tavan isə əllə açılıb-bağlanır. Transmissiya PDK “robotundan” 18 kiloqram yüngüldür. Avtomobilin ümumi çəkisi 1465 kiloqramdır.

Porsche 911 Speedster modelinin tirajı 1948 ədəd olacaqdır. Avtomobilin buraxılışını markanın 70 illik yubileyinə həsr ediblər. Porsche 911 Speedster modelinin alıcılarına 911 Speedster Chronograph saatı təklif ediləcəkdir. Saat Porsche Design tərəfindən yaradılmış Werk 01.200 kalibri və karbonplastikdən detallara malikdir. Onun rotoru sportkarın diskinin formasındadır.