Porsche şirkəti Meksikanın ən məşhur pilotu Pedro Rodrigezin xatirəsinə həsr etdiyi unikal 911 Turbo S kupesini təqdim edib. Xüsusi versiyanın hazırlanmasının əsas səbəbi idmançının ölümünün 50 -ci ildönümüdür - Rodrigez 11 iyul 1971-ci ildə Norisrinq trekində (Almaniya) qəzaya uğrayaraq həlak olub.

Porsche şirkəti 1970-ci illərin əvvəllərində yarışlarda iştirak etmiş 917 KH sportprototipinin rənglərinə boyanmış kupenin unikal opsiyalar dəsti ilə fərqləndiyini bildirir və belə avadanlığa malik olan ikinci 911 sportkarının buraxılmayacağını vəd edir.

Pedro Rodrigez - həm Formula 1 çempionatının Qran Prilərində, həm də “Le Manın 24 saatı” marafonlarında qalib gələn ən uğurlu meksikalı pilotdur.

O, Porsche 917 KH prototipininin sükanı arxasında 1970-ci illərin əvvəllərində dözümlülük yarışlarında böyük üstünlüyə malik olub. Rodrigez 1000 kilometrlik və gündəlik marafonlarda çıxış etməklə yanaşı, həm də BRM Race Royale komandasının tərkibində F1 çempionatında yarışmağa vaxt tapıb.

Alman istehsalçısı 911 Turbo S sportkarını yarım əsr əvvəl yarışlarda çıxış etmiş Porsche 917 KH sportprototipinin rənglərinə boyayıb - hər iki avtomobil mavi-narıncı rəngli livreyaya və qara rəngli təkərlərə malikdirlər.

Rodrigezin Porsche 917 KH sportprototipinin sükanı arxasında qazandığı səkkiz yarış haqqında məlumat arxa spoylerin altına həkk olunub. Porsche 917 modelinin siluetini oturacaqların kürək hissəsində, kandarlarda və mərkəzi dayaqda görmək olar.

Sportkarın interyeri narıncı tikişləri olan mavi-qrafit rəngində tərtibata malikdir. Dirsəkaltında və kandarlarda Rodrigezin avtoqraflarını görmək olar. Porsche şirkətinin Meksika nümayəndəliyinin rəhbəri, avtomobildə "dünyanın heç bir avtomobilində" görünməyəcək elementlərin olacağını vurğulayıb.

Onun bildirdiyinə görə, bu opsiyalar proqram təminatı vasitəsi ilə konfiquratorda bloklanıb.Söhbətin nədən getdiyi dəqiq bilinmir. Çox güman ki, söhbət dekor və tərtibat materiallarının birləşməsindən gedir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Pedro Rodrigezin şərəfinə hazırlanmış Porsche 911 Turbo S sportkarı yeganə nüsxədə buraxılıb. Kupe ilin sonunda hərracda satılacaqdır. Onun başlanğıc qiymətinin beş milyon peso (təxminən 250 min ABŞ dolları) olduğu bildirilir. Satışdan əldə edilən vəsait xeyriyyəçiliyə yönəldiləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.