Porsche ilə Red Bull arasındakı sövdələşməni Formula 1 aləminin “Polişinelin sirri” adlandırmaq olar. İki markanın əməkdaşlıq edəcəyi barədə şayiələr belə dolaşmır - artıq hər kəs alman brendinin Avstriyanın energetik içki istehsalçısı ilə ittifaq bağlacağından və Milton Kins komandasının baş sponsoru olacağından əmindir.

Bu alyansın tam şəkildə rəsmiləşdirilməsi üçün, Avropa İttifaqının maliyyə orqanı yoxlama aparmalı və bu sövdələşmənin antiinhisar qanunvericiliyini pozmadığını müəyyən etməlidir. Bu günlərdə jurnalistlər məhz belə bir sənədi aşkar ediblər.

Hər iki şirkətin qlobal xarakter daşıdığını nəzərə alsaq, onlar təkcə Avropa İttifaqından deyil, həm də ittifaqa daxil olmayan 20 ölkədən razılıq almalıdırlar. Belə ölkələrdən biri də Mərakeşdir. Bu ölkənin qanunvericiliyi, sövdələşməyə razılıq verlməsindən sonra, bütün təfərrüatların açıqlanmasını tələb edir.

Porsche və Red Bull arasındakı sövdələşmənin təfərrüatları bu tələb sayəsində ortaya çıxıb. Mərakeşdə dərc edilmiş sənəddə 8 iyul tarixində Porsche şirkəti Red Bull şirkətinin yarış proqramlarının 50 faizini əldə etdiyini göstərən 10-illik müqaviləni razılaşdırmaq üçün ərizə verib.

Sövdələşmənin imzaladığına dair rəsmi bəyənatın 4 avqust tarixində veriləcəyinə dair tutralı dəlillər mövcuddur. Sənədin təhlili Porsche şirkətinin formal olaraq Red Bull Technology mühəndislik şirkətinin yarısını aldığını göstərir. Lakin bu sövdələşmənin F1 komandasına da şamil ediləcəyi barədə şübhə yoxdur.

Dərc edilmiş məlumat tərəflərin rəsmi bəyənatı nədən təxirə saldığına da aydınlıq gətirib - bütün razılaşdırmaların alınması tələbi bəyanatı səsləndirməyə imkan verməyib. İlkin olaraq, bütün rəsmi işləri Avstriya Qran Prisinə qədər başa çatdırmaq və bu barədə məlumatın yarış həftəsonunda açıqlanması nəzərdə tutulurdu.

Bəyənatın təxirə salmasının səbəblərindən biri də, 2026-cı ildə qüvvəyə minəcək yeni mühərrik reqlamentinin ratifikasiyasının başqa vaxta keçirilməsi olub: FIA-nın Ümumdünya şurası sənədi hələ 29 iyunda təsdiqləməli idi, lakin bu günə qədər bu hadisə baş verməyib.

Mərakeş dosyesində yalnız Red Bull barədə söhbət gedir, lakin böyük ehtimalla, “kiçik” AlphaTauri də alman mühərriklərini alacaqdır. İki komanda arasındakı texniki bağlılğı nəzərə alsaq, başqa variant çox məntiqsiz görünür. Üstəlik, struktur baxımından heç nə dəyişməyəcək - Red Bull əvvəlki kimi, AlphaTauri komandasının 100 faizinə sahib olacaqdır.

Porsche ilə yanaşı, Formula 1 çempionatına daha bir alman brendi gəlməlidir - bu, Volkswagen Group konserininə daxil olan Audi markasıdır. Bu layihələr fərqlidirlər və hər iki brend artıq lazım olan razılığı alıblar.

Porsche şirkəti 1957-ci ildən 1964-cü ilə qədər Formula 1 çempionatında iştirak edib və yalnız bir Qran Pridə qalib gəlib. Sonra isə, alman istehsalçısı McLaren komandasını TAG-Porsche brendi altında buraxılan mühərriklər ilə təmin edib. Belə mühərriklərin quraşdırıldığı McLaren bolidində Alen Prost iki dəfə Dünya çempionu titulunu qazanıb.

Audi şirkətinin Sauber komandasının alması barədə, İsveçrə komandasının 75 faizinə sahib olan Finn Rausing şirkəti ilə danışıqlar apardığı barədə söz-söhbətlər dolaşmaqdadır. Qeyd etmək gərəkdir ki, Audi heç zaman Formula 1 çempionatında çıxış etməyib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.