Porsche şirkəti Los-Anjeles avtosalonunda əfsanəvi 911 modelinin səkkizinci nəslini rəsmi olaraq təqdim edib. Yeni sportkar sələfinin zahiri görkəmini qoruyub-saxlasa da, sıfırdan yaradılıbdır. Avtomobil güclü mühərriklərə və 70-ci illərin modellərinə xas interyer elementlərinə sahib olub.

992 zavod indeksinə malik olan sportkar sələfinə nisbətən daha enlidir - istehsalçının bildirdiyinə görə, sportkarın eni 45 millimetr artıb. Bundan başqa, avtomobilin təkər bazası və ön hissəsinin uzunluğu da artırılıbdır. Sportkar öndə 20, arxada isə 21 düymlük təkər diskləri ilə təchiz edilir. Müvafiq olaraq, Porsche 911 genişləndirilmiş təkər tağlarına da malik olub.

Avtomobil ilk nəsil 911 modellərini xatırladan kapota sahib olub. Yeni Porsche 911 modelinin mühərrik çeşidinə əvvəlki nəsildə təklif olunan turbomühərriklər daxil edilibdir. 3,0-litrlik mühərrikin çiləmə sistemi təkmilləşdirilib, həmçinin turbokompressorların və üfürülən havanın soyutma sisteminin yerləşməsi dəyişdirilibdir. Nəticədə Carrera S və Carrera 4S modellərinin mühərriki 450 at qüvvəsi hasil edir ki, bu da əvvəlkindən 30 at qüvvəsi çoxdur.  Güc aqreqatı yeni səkkiz pilləli iki muftalı robotlaşdırılmış qutu ilə tandemdə çalışır.

450 at qüvvəli arxaçəkişli kupe 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir. Tam çəkişli Carrera 4S isə bu işə 0,1 saniyə az sərf edir. Sport Chrono dəsti sifariş edildikdə sürətlənmə zamanı 0,2 saniyə azalır. Porsche 911 Carrera S modelinin maksimal sürəti 308, Carrera 4S modifikasiyasının isə 306 km/saatdır.

Sportkarın salonunda 10,9-düymlük diaqonala malik olan mərkəzi displey quraşdırılıb. Onun altında avtomobilin vacib funksiyalarını idarə etməyə imkan verən beş düymədən ibarət blok yerləşdirilib. Cihazlar panelində isə klassik taxometrin ətrafında iki çərçivəsiz ekran quraşdırılıbdır. Sportkarın təchizatına daxil olan onlayn naviqasiya digər avtomobillərdən alınan məlumatlardan istifadə edir. İlk dəfə olaraq, Porsche 911 sportkarı üçün istilik vizoru olan gecə görüntü sistemi də təklif edilir.

Eyni zamanda, sportkar yeni Porsche Wet hərəkət rejiminə malik olub. Bu sistem yaş səthi müəyyən edərək, sürücüyə gərək olan tənzimləmələr barədə tövsiyyələr verir. Bundan başqa, yeni Porsche 911 sahibləri Road Trip səyahət planlaşdırıcısı, 360+ virtual konsyerji və zərərli tullantıların səviyyəsini hesablayan Porsche Impact sistemindən istifadə edə bilərlər. Yeni sportkarlara sifarişlər artıq qəbul olunur, o cümlədən Azərbaycanda da...

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt