Porsche şirkəti 29 avqust tarixində Ştutqart-Züffenhauzendəki müəssisəsində təqdim edəcəyi növbəti nəsil Cayenne krossoverinin yeni tizerini dərc edib. Avtomobilin kütləvi debütü sentyabr ayında Frankfurt avtosalonunda baş tutacaqdır.

Cayenne modelinin əsasını Bentley Bentayga və Audi Q7 modellərinin istehsalında istifadə edilən MLB Evo modul platforması təşkil edir. Yeni krossoverin mühərrik çeşidinə səkkiz silindrli mühərrikdən başqa altı silindrli benzin və dizel aqreqatları daxil olacaqdır.

Porsche Cayenne Turbo modelinin 550 at qüvvəli mühərrikə sahib olacağı ehtimal olunur. Eyni zamanda, yeni krossover 700 at qüvvəsi hasil edən hibrid güc qurğusu ilə də təklif olunacaqdır. Sınaqlar zamanı krossoverin prototipləri ümumilikdə 4,4 milyon kilometr qət ediblər.