Porsche markasının ilk elektrokarı olan Taycan modeli üç versiyada təklif ediləcəkdir: başlanğıc Taycan, tamçəkişli Taycan 4s və ən güclü Taycan Turbo. Bundan başqa, alman markasının şimali amerika ofisinin nümayəndələri elektrokarın qiymətinin 90-130 min dollar arasında olacağını bildiriblər.

Taycan modelləri 400 - 600 at qüvvəsi arasında gücə malik olacaqdırlar. Bu günə alman istehsalçısı 600 at qüvvəli iki mühərrikli modifikasiyanın buraxılacağını rəsmən təsdiq edib. Bu model 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Belə modifikasiyanın yürüş məsafəsi 500 kilometr olacaqdır. Taycan modelinin batareya yüksək sürətli yükləməni dəstəkləyəcəkdir. batareyanın 80% 15 dəqiqəyə doldurmaq mümkün olacaqdır.