Dünən Porsche şirkətinin Taycan elektrokarının universal kuzovlu variantını buraxacağını yazmışdıq. Artıq belə kuzova malik olan prototip ümumi yollarda fotoqraflar tərəfindən çəkilibdir. Şayiələr görə, Taycan Sport Turismo universalı 2021-ci ildə işıq üzü görməlidir. Adi Taycan sedanı kimi universal da müxtəlif gücə malik olan elektrik qurğusu ilə təchiz ediləcəkdir.

InsideEVs saytının yazdığına görə, Porsche Taycan Carrera, Carrera S və Turbo versiyalarında təklif ediləcəkdir. Modifikasiyalar 400 - 600 at qüvvəsi arasında gücə malik olacaqdırlar. Bu günə alman istehsalçısı 600 at qüvvəli iki mühərrikli modifikasiyanın buraxılacağını rəsmən təsdiq edib. Bu model 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəkdir. Belə modifikasiyanın yürüş məsafəsi 500 kilometr olacaqdır. Taycan modelinin batareya yüksək sürətli yükləməni dəstəkləyəcəkdir. batareyanın 80% 15 dəqiqəyə doldurmaq mümkün olacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt