Porsche 911 sportkarının yeni nəsli haqqında kifayət qədər məlumat vermişik. Yeni sportkarın cəsuslar tərəfindən çəkilmiş şəkillərini də dəfələrlə çap etmişik. Hətta, bir müddət bundan öncə istehsalçı özü yeni sportkarın cüzi kamuflyaja bürünmüş prototiplərinin şəkillərini də dərc etmişdir.

Bu gün isə Porsche şirkəti yeni nəsil 911 sportkarının yeni videotizerini dərc edib. Tizerdə avtomobilin ön hissəsi və profili, həmçinin ön fənəri təsvir olunubdur.