Porsche Panamera ailəsi 2016-cı ildə debüt edib. Bu gün alman istehsalçısı liftbekin plan üzrə yenilənmiş versiyasını təqdim edib. Avtomobilin eksteryerindəki yeniliklər kosmetik dəyişikliklər ilə məhdudlaşır, mühərrik çeşidi və avadanlıq siyahısı isə ciddi dəyişikliklərə məruz qalıb.

Model xəttinin zirvəsində əvvəlki Turbo modelini əvəzləmiş Turbo S yerləşir. Yeni "top" versiyada 4,0-litrlik V8 mühərrikinin  hasilatı 80 at qüvvəsi və 50 Nm fırlanma anı artırılıb - indi mühərrik 630 at qüvvəsinə və 820 Nm fırlanma anı hasil edir. Artmış güc üçkameralı pnevmatik asqının yenidən tənzimlənməsini tələb edib.

Təqdimatdan əvvəl, Panamera Turbo S modeli Nürburqrinqin “Şimal ilgəyini” 7 dəqiqə 29.81 saniyəyə qət edərək sələfini 13 saniyə qabaqlayıb.  Porsche Panamera Turbo S modeli 100 km/saat həddinə sürətlənməyə  3,1 saniyə sərf edir və 315 km/saatlıq maksimal sürət həddinə malikdir.

Yenilənmiş Panamera və Panamera 4 modelləri  330 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2.9-litrlik V6 mühərriki ilə təchiz edililər. Bu mühərrik eyni güc göstəricilərinə malik olan 3,0-litrlik aqreqatı əvəz edib.

Bundan başqa,Panamera ailəsinə məhsuldarlığa istiqamətləndirilmiş yeni 4S E-Hybrid hibrid modifikasiya qoşulub. Hibrid qurğunun tərkibinə 440 at qüvvəli 2,9-litrlik biturbomühərriki və 8-pilləli PDK qutusuna quraşdırılmış 136 at qüvvəli elektrik mühərriki daxildir. Hibrid qurğunun ümumi hasilatı 560 at qüvvəsi və 750 Nm fırlanma anı təşkil edir.

İki il bundan öncə debüt etmiş Panamera GTS modelinin mühərriki də yenilənib. Hazırda V8 mühərriki 480 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edir - bu yenilənmədən öncəki modeldə olduğundan 20 at qüvvəsi çoxdur. Bundan əlavə, GTS liftbeki asimmetrik şəkildə yerləşdirilən səsboğucuları olan yeni buraxılış sistemini alıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Liftbekin eksteryerindəki baş vermiş dəyişikliklər ön bamperdəki böyüdülmüş hava girişlərindən, yeni arxa fənərlərdən və onları birləşdirən dəyişdirilmiş konturu olan nazik LED zolaqdan ibarətdir. Eyni zamanda, yenilənmiş Panamera modeli üçün 20 və 21 düymlük ölçüləei olan 10 variantda təkər diskləri təklif olunur.

Bundan başqa, Porsche Panamera modelinin multimedia sistemi də yenilənib – artıq sistem Apple CarPlay tətbiqi ilə simsiz birləşməni dəstəkləyir və səs əmrlərini daha yaxşı anlayır. Zolaqdama saxlama funksiyası standart avadanlıqlar siyahısına daxil edilib.