Prior Design tüninq atelyesi və alman JP Performance şirkəti, Audi Coupé B3 (1988-1996) və ya S2 Coupe modelini RS2 Avant universalına bənzəyən bir modelə çevirəcək kuzov dəstini hazırlayıb. Cəmi 40 ədəd buraxılacaq dəstin hər biri 5798 avro qiymətinə satılacaqdır.

Bir neçə ay davam edən gərgin işin nəticəsi hələlik renderlərdə görmək olar. Virtual kupe Lancia Delta HF Integrale modelinin ruhunda “kvadrat” qanadları olan genişləndirilmiş kuzova, iri ön splitterə, kanardlara və buraxılış sisteminin oval şəkilli çıxış boruları inteqrasiya edilən iri diffuzora sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Layihənin müəlliflərinin ilham mənbəyi Audi RS2 Avant universal, həmçinin müasir RS modelləri olub. Məsələn, kapotdakı kəsiklər 1984-cü ilin Audi Sport Quattro modelinə açıq istinaddır. Oxşar elementlərə yeni RS6 Avant və S3 modelləri də malikdirlər.

Mühərrik seçimini orijinal avtomobil diktə edəcək - Audi Coupé B3 modellərini 1.8 - 2.3 litrlik benzin mühərrikləri ilə təchiz edirdilər. Audi S2 Coupé modeli isə, 230 at gücü və 350 Nm fırlanma anı hasil edən2.2-litrlik turbomühərrik ilə təchiz olunurdu. Bu mühərrik sayəsində avtomobil 100 km/saat həddinə  5,7 saniyəyə sürətlənir və 246 km/saatlıq maksimal sürət həddinə malik idi.