Women’s World Car of the Year (WWCOTY) müsabiqəsinin münsiflər heyəti 2022-ci il mövsümündə birinci yer uğrunda mübarizə aparacaq namizədlərin qisa siyahısını açıqlayıb. 2009-cu ildə təsis edilən müsabiqə on ikinci dəfə keçirilir. Ən yaxşı avtomobilləri 40 ölkəni təmsil edən 56 qadın avtojurnalist seçir. Onlar 2021-ci ildə buraxılmış 65 yeni modeli tədqiq edərək altı kateqoriya üzrə qaliblərin adını çəkiblər - kateqoriyaların üçündə elektromobilləri liderlik edir. Mütləq qalib 8 mart tarixində elan ediləcəkdir.

Lider avtomobillər müxtəlif parametrlərə görə seçiliblər. Onların hər biri təhlükəsizlik, sürücülük həzzi, rahatlıq və texnologiya, eləcə də dizayn və qiymət/keyfiyyət baxımından rəqiblərindən üstün olmalıdır. Bundan əlavə, dövrümüzün ən yaxşı avtomobilləri enerjiyə qənaət etməli və ətraf mühitə güclü təsir göstərməməlidirlər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəticədə, altı namizəddən ibarət olan qısa siyahısında üç yer elektrikli nəqliyyat vasitələrinin payına düşüb: qadınlar Large Car (“Böyük avtomobil”) kateqoriyasında batareyalı Ford Mustang Mach-E krossoverini, Large SUV (“Böyük ofrouder”) kateqoriyasında BMW iX modelini və Performance Car (“Məhsuldar avtomobil”) kateqoriyasında isə, Audi e-tron GT elektrik sedanını seçiblər. Bundan əlavə, bir yer 4x4 kateqoriyasındakı rəqiblərini üstələyən elektrikləşdirilmiş Jeep Wrangler 4xe ofrouderinə qismət olub. Urban Model (“Şəhər avtomobili”) kateqoriyasında Peugeot 308 modeli, Family SUV (“Ailə krossoveri”) kateqoriyasında isə Kia Sportage krossoveri qalib olub.

Müsabiqədə son turunda qadın jurnalistlər altı finalçının arasından Women’s World Car of the Year  müsabiqəsinin mütləq qalibini seçəcəklər. Müsabiqənin qalibinin adı ənənəvi olaraq 8 mart tarixində açıqlanır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.