Sən demə Hyundai şirkəti tam ötürməli çəkiş sistemi ilə təchiz edilən “qaynar” N-modellərinin sınağını həyata keçirib. Ümumiyyətlə, burada təəccüblü bir iş yoxdur . Bildiyimiz kimi, tam çəkişli Hyundai i30 WRC modeli dünya rallisində uğurla çıxış edir.

N bölümünün rəhbəri Albert Birmanın Top Gear məşrinə bildirdiyinə görə, Cənubi Koreya istehsalçısı yaxın zamanlarda tam çəkişli “qaynar” modelləri hazırlamaq niyyətində deyildir. Bunun əsas səbəbi kimi, Birmann avtomobillərin lazımi qədər güclü olmadığını göstərib.

Bunun əvəzində, istehsalçı diqqətini  ötürmələri əllə dəyişmək imkanı verən robotlaşdırılmış ötürmələr qutusunun üzərində cəmləyib. N bölümünün rəhbərinin sözlərinə görə, buna baxmayaraq, koreyalıların mexaniki qutulardan imtina etmək fikri yoxdur.

Hyundai şirkətinin N bölümünün ilk modeli i30 N “qaynar” hetçbekidir. Model 250 və ya 275 at qüvvəsi (Perrformance Pack dəsti ilə) təklif edən 2,0-litrlik turbomühərriklə hərəkətə gəlir. Güc aqreqatı yalnız altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə “qaynar” hetçbek 6,2 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saatdır.