Volkswagen şirkəti gözlənildiyi kimi, Quançjouda keçirilən avtosalonda Viloran minivenini təqdim edib. Avropada minivenlərə olan tələb azaldığı halda, Çində isə əksinə, dəbdəbəli minivenlərə olan tələbatın artığı müşahidə olunur. Hətta, əvvəllər miniven təklif etməyən Lexus belə, çinlilər üçün xüsusi dəbdəbəli miniven hazırlayıb.

Çində miniven təkcə ailə avtomobili deyil - yerli iş adamları belə avtomobillərə geniş və hündür salona malik olduğuna görə qiymət verirlər. Bu səbəbdən də, birinci olaraq Viloran modelinin korporativ müştərilərə ünvanlanmış ən dəbdəbəli və bahalı versiyası işıq üzü görüb.

Volkswagen Viloran modeli MQB modul platformasında inşa edilib. Modelin uzunluğu 5300 mm, təkər bazasının uzunluğu isə 3180 mm təşkil edir. Miniven arxa müstəqil asqıya və 20-düymlük təkər disklərinə malikdir. Modelin interyeri tam açıqlanmasa da, ikinci cərgədə elektrik ötürməsinə və çıxan ayaq dəstəyinə malik olan iki fərdi oturacağın quraşdırıldığı nəzərə çarpır. Üçüncü cərgənin geniş divanı üç nəfər üçün nəzərdə tutulub. Viloran dəri salona, üçzonalı iqlim sisteminə və panoram tavana malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

VW Viloran Çində 220 at qüvvəsi hasil edən 2,0-litrlik TSI mühərriki və 7-pilləli DSG «robotu» ilə təchiz edilir. Ötürmə yalnız öndənçəkişlidir. Miniven SAIC Volkswagen birgə müəssisəsində istehsal ediləcəkdir. Onun Çindəki satışlarına gələn ilin birinci yarısında başlanacaqdır.