Red Bull Racing komandası Honda mühərriki ilə təchiz edilmiş yeni şassını 13 fevral tarixində keçirəcəyini elan edib.13 fevral tarixində Milton-Kins komandası ilə yanaşı Racing Point və Mercedes komandaları da öz avtomobillərini nümayiş etdirəcəklər. Hazırda çempionatda iştirak edən komandalardan yalnız Williams komandası təqdimat tarixini açıqlamayıb.

Scuderia Toro Rosso öz bolidini 11 fevralda, Renault - 12 fevralda, McLaren - 14 fevralda, Ferrari - 15 fevralda, Alfa Romeo Racing isə 18 fevralda təqdim edəcəkdirlər.  Haas komandası isə 7 fevral tarixində yeni livreyanı nümayiş etdirəcəkdir. Racing Point komandası da yeni livreyanın nümayişi ilə kifayətlənəcəkdir.