Samsung Motors şirkəti Seulda keçirilən avtosalonda XM3 Inspire konseptini nümyiş etdirib. Konseptual avtomobil Moskva avtosaloununda təqdim edilmiş Renault Arkana kross-kupesinin Cənubi Koreya bazarı üçün uyğunlaşdırılmış versiyasıdır.

Samsung Motors şirkəti XM3 modelinin Arkananın 100  faizlik klonu olmadığını bildirib. İlkin məlumata görə, koreya avtomobili  CMF-B platformasında inşa edilib. Arkana üçün isə, ciddi şəkildə təkmilləşdirilmiş, lakin sadəliyi ilə seçilən Global Access  (B0) platformasından istifadə edilir.

Renault Arkana

Bununla belə, istehsalçı avtomobilin salonunu və texniki göstəricilərini açıqlamaqdan imtina edib. Üstəlik, Seulda nümayiş etdirilən konsept rusiyalı analoqundan başqa dekoru olan orijinal bamperləri, qapıların aşağı hissəsindəki xəttlərin forması, həmçinin arxa fənərlərin tərtibatı ilə seçilir.  Eyni zamanda, Samsung XM3 Inspire şüşə tavana və 19-düymlük təkər disklərinə malikdir.

Image alt Image alt Image alt Image alt

Qeyd etmək lazımdır ki, iki konseptin güc aqreqatları da fərqlidir. Rusiya üçün nəzərdə tutulan Arkana 1,3-litrlik turbomühərriklə təchiz edilsə də, XM3 Inspire modelinin kapotunun altında  90 at qüvvəli 1,5-litrlik turbodizel  yerləşdirilib. Bunun səbəbi Koreyada dizellərə olan rəğbətdir.

Arkana modelinin koreya variantı Busandakı Renault-Samsung zavodunda istehsal edəcəkdirlər. Koreya variantı 2020-ci ilin birinci rübündə satışa çıxarılsa da, Renault Arkana modelinin seriya variantı yaxın aylarda təqdim edilməlidir.