Renault Arkana modelinin ilkin olaraq Rusiya bazarında satılacağı məlumdur. Lakin, azərbaycanlı alıcıların da bu kupeşəkilli krossoveri əldə etmək şansı olacaqdır. Bu ildən başlayaraq fransız markasının yerli nümayəndəsi Rusiya üçün nəzərdə tutulmuş model çeşidini təklif etməyə başlamalıdır.

Bu gün Rusiya KİV-ləri yeni model barədə məlumatla paylaşıblar. Kupe-krossover iki güc qurğusu, öndən və tam çəkiş sistemləri, həmçinin iki pilləsiz variatorla təklif ediləcəkdir. Arkana modeli üçün baza mühərriki 1,6-litrlik H4M atmosfer aqreqatı olacaqdır. Bu mühərrik 114 at qüvvəsi və 156 Nm fırlanma anı hasil edir. Güc aqreqatı öndən çəkiş və mexaniki qutu, öndən çəkiş və variator, tam çəkiş və mexaniki qutu ilə tandemdə çalışa bilər. Belə mühərrikə malik olan tamçəkişli və variatorlu variant olmayacaqdır. Səbəb qutunun belə növ transmissiya ilə uyğunlaşmamasıdır.

İkinci aqreqat Daimler ilə birlikdə hazırlanmış 1,3-litrlik turbomühərrikdir. Onun hasilatı 150 at qüvvəsi və 250 Nm-dir. Renault Arkana Turbo yalnız yeni variatorla təchiz edilir. Ötürmə öndən və tam çəkişdir. Başqa xüsusiyyətlər arasında arxa baraban tipli əyləclər, tam ötürməli krossoverlərdə quraşdırılan çoxqollu arxa asqıdır.

Krossoverin əsasını 55% yeni komponentlərdən ibarət olan təkmilləşdirilmiş Global Access (B0) platforması təşkil edir. Sükan mexanizmi elektrik gücləndiricisi ilə təchiz ediləcəkdir. Renault Arkana modelinin istehsalı fransız markasının Moskavadakı zavodunda təşkil ediləcəkdir.