Renault şirkəti 2021-ci model ilin Arkana krossoverinin satışlarına başlandığını elan edib. Rusiyada istehsal olunan modelində baş vermiş əsas yenilik ikirəngli dəri ilə örtülmüş oturacaqları olan top Prime versiyasıdır - bu, hazırda satışda olan ən bahalı Arkana modelidir. Onun qiyməti 1.702.000 (39.000 manat) rubldur. 1,6-litrlik baza mühərriki və standart Life təchizatına malik olan model isə, 1.246.000 (28.600 manat) rubla başa gələcəkdir.

Prime təchizat səviyyəsi yalnız variator, ön və ya tam ötürmə ilə tandemdə çalışan TCe150 aqreqatı ilə təchiz edilmiş Arkana modeli üçün təklif olunur. Arkana Prime modelinin oturacaqları ikirəngli dəlikli dəri ilə üzlənir. Bundan başqa, oturacaqların kürək hissəsinə basmanaxışların həkk edilməsi, ön və arxa qapı kartlarına isə tikişlərin vurulması nəzərdə tutulub. Salonda xrom detallar var (qapı tutacaqları və sükanaltı dəstəklər), əlavə ödəniş ilə tərkibinə qara rəngli dam, 17-düymlük təkər diskləri və qara tavan daxil olan “Dizayn” paketini sifariş vermək olar.

Arkana Prime modelinin avadanlıq siyahısına elektroxrom salon güzgüsü, qızdırılan, elektriklə tənzimlənən və avtomatik qatlanan yan güzgülər, dairəvi görüntü kameraları, kor zonalara nəzarət funksiyası, qızdırılan arxa oturacaqlar, habelə ön və arxa sərnişinlər üçün pərdə hava yastıqları daxildir.

Ön ötürməli Akrana Prime modeli Rusiyada 1.702.000 (39.000 manat), tam ötürməli versiya isə 1.782.000 (40.900 manat) rubldan başlayan qiymətlər ilə təklif edilir.

Image alt Image alt Image alt Image alt

Təchizat səviyyəsindən asılı olmayaraq, 2021-ci model ilinin tamötürməli krossoverlərində hərəkət rejimləri selektorunun xrom haşiyəsi quraşdırılır və tavanın yeni tərtibat materialı tətbiq edilir. Style təchizat səviyyəsindən başlayaraq, bütün krossoverlər salonun mərkəzi LED işıqlandırması, habelə mərkəzi kilidin bağlanması ilə avtomatik olaraq qatlanan yan güzgülərlə təchiz edilir. Yuxarıda göstərilənlərə əlavə olaraq, Arkana modeli üçün əvvəllər yalnız məhdud sayda buraxılmış Pulse versiyası üçün təklif olunan yeni Blue Iron rəngi də əlçatan olub.

Xatırladaq ki, Azərbaycanda Rusiyada istehsal edilən Renault Arkana modeli satılır.