Renault şirkəti bu gün Clio hetçbekinin beşinci nəslini təqdim edib. Beşinci nəsil Renault Clio modelinin interyeri barədə bir saat bundan öncə dərc etdiyimiz xəbərdə məlumat vermişdik. İndi isə, beşinci nəsil Clio hetçbekinin fransız istehsalçısı tərəfindən dərc edilmiş rəsmi fotoşəkillərini diqqətinizə təqdim edirik.

Renault şirkətinin dərc etdiyi fotoşəkillərdə hetçbek dəbdəbəli Initiale Raris və “idman” görünüşlü RS Line modifikasiyalarındadır. RS Line modifikasiyası Clio model xəttində yenidir və GT Line təchizat səviyyəsini əvəzləyib.  Renault Sport bölməsi tərəfindən hasırlanmış təchizat dəsti radiator barmaqlığının tərtibatı, unikal dizayna malik olan bamperləri və 17-düymlük təkər diskləri ilə seçilir.

RS Line təchizat səviyyəsinə malik olan hetçbek digərlərindən salon tərtibatı ilə də seçilir. Burada daha yaxşı yan dəstəklərə malik olan oturacaqları, pedalların alüminiumdan hazırlanmış örtüklərini və dəlikli dəri ilə örtülmüş RS loqotipli idman sükan çarxını görmək olar. Tərtibatı qırmızı haşiyələr tamamlayır.

İldən-ilə avtomobillərin ölçüsü böyüsə də, bunu yeni Renault Clio haqqında söyləmək olmaz. Yeni Clio modelinin qabarit uzunluğu 40408 millimetr, eni 1798 millimetr, hündürlüyü isə 1440 millimetrdir. Beləliklə, yeni hetçbek sələfindən 14 millimetr qısa, 66 millimetr enli və 8 millimetr alçaqdır.  Yeni hetçbekin baqaj bölümünün həcmi 391 litrdir ki, bud a əvvəl olduğundan 91 litr çoxdur. Üstəlik, avtomobilin salonunda da 26 litrlik xırda əşyalar üçün bölmələr mövcuddur.

Yeni hetçbekin maraqlı elementlərindən biri də ön təkər tağlarının qarşısında quraşdırılmış hava deflektorlarıdır. İstehsalçının bildirdiyinə görə, bu deflektorlar yanacağa qənaət etməyə yardım edir. Bundan başqa, avtomobil standart olaraq LED fənərlər ilə təchiz edilir.

Yeni Renault Clio modelinin kütləvi təqdimatı mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir. Yeni model haqqında ətraflı məlumat təqdimatdan öncə veriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt