2017-ci ildən bu günə qədər buraxılan Renault Duster modeli mühərrik çeşidini demək olar ki tamamilə yeniləyib. 1.5-litrlik dCi dizellərinin gücü 5 at qüvvəsi artaraq 95 və 115 at qüvvəsi təşkil edib. 1,2-litrlik TCe 125 benzin mühərriki isə yerini yeni 1.3-litrlik TCe turbomühərrikinə buraxıb. Sonuncu mühərrik iki güc variantında - 130 və 150 at qüvvəsində təklif edilir.

Nəhayət, fransızlar 1.6-litrlik SCe 115 atmosfer mühərrikini də təqaüdə göndərməyə qərar veriblər. Onun yerini yeni nəsil Renault Clio və Captur modellərindən tanış olan üç silindlri 1.0-litrlik TCe 100 mühərriki tutacaqdır. Bu mühərrik Rumıniyanın Piteşti şəhərində istehsal edilir və silindr divarlarına plazma tozlanması texnologiyası, elektroaktuatorları olan turbokompressoru, soyutmanın optimallaşdırılmış kanalları və silindr başlığına inteqrasiya Edilmiş buraxılış kollektoru ilə seçilir. Yeni mühərrikin hasilatı 100 at qüvvəsi və 160 Nm fırlanma anıdır.

Maraqlıdır ki, dördsilindrli 1.3 TCe mühərriki ilə bənzər konstruksiyaya malik olan üçsilindrli mühərrikdə GPF sərt hissəciklər filtrindən istifadə edilmir. Renault şirkəti yeni mühərrikin ətraf mühitə 1,6-litrlik atmosfer mühərrikindən 18% az zərərli tullantılar atdığını və 100 km 5,5-5,6 litr yanacaq sərf etdiyini iddia edirlər.

TCe 100 mühərriki ilə təchiz edilmiş Duster modeli yalnız 5-pilləli mexaniki ötürmələr qutusu və monoötürmə ilə təklif olunur. Renault Duster TCe 100 modeli Fransada 12490 avrodan başlayan qiymətlərlə satılır.