Renault şirkəti yenilənmiş Duster modeli haqqında məlumat verib. Bu, 2015-ci ildən bu günə qədər baş vermiş ən geniş miqyaslı yenilənmədir. Yenlənmiş ofrouder yeni sükan çarxına və smartfonların genişləndirilmiş dəstəklənməsini təmin edən MediaNav 4.0 multimedia sisteminə sahib olub.

Yenilənmiş Renault Duster modeli yüni sükan çarxına malik olub ki, modifikasiyadan asılı olaraq çarx dəri ilə üzlənə, həmçinin kruiz-kontrolun və sürəti məhdudlaşdıran sistemin düymələri ilə təchiz edilə bilər. Sükanın yaxşı tutulmasını təmin etmək üçün onun üzlənməsi üçün yaxşılaşdırılmış materiallardan istifadə olunur. Krossoverlər oturacaqların gümüşü tikişləri üzlənməsinə, top versiyalar isə eksklyuziv kombinə edilmiş tərtibatına malik olublar.

Bundan başqa, mərkəzi konsolda alın şüşəsinin qızdırılmasını təmin edən düymə yerləşdirilmiş, şinlərdəki təzyiqə nəzarət sistemi ESP dəstinə daxil edilmişdir. Life versiyasından başlayaraq krossover  sərnişin üçün hava yastıqları, qara rəngli yan dayaqlar və bortkompyüterlər təchiz ediləcəkdir. Drive versiyası üçün isə 16-düymlük Thema Gris diskləri nəzərdə tutulub.

Opsional olaraq Renault Duster modelinə Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən MediaNav 4.0 multimedia sistemini də quraşdırmaq olar. Standart Radio Connect iki USB girişə sahib olub. Bundan başqa, sistem R&Go mobil tətbiqini də dəstəkləyəcəkdir. Sonuncu dayanacaqda avtomobili tapmağa və smartfonun ekranına yanacaq sərfiyyatını göstərən genişləndirilmiş cihazlar panelini çıxarmağa yardım edəcəkdir.