Yenidən canlandırılan Renault Express adı altında Dacia Dokker modelinin yenilənmiş versiyası gizlənir. Furqonun eksteryer və interyer dizaynı dəyişdirildikdən sonra, onu ana Renault markasının model çeşidinə daxil ediblər. Express modelinin sərnişin versiyaları yalnız Afrika, Yaxın Şərq və MDB-nin yoxsul ölkələrində satılır (məsələn, Express artıq Ukrayna bazarına daxil olub), lakin furqonlar Avropa Birliyində də təklif edilirlər. Üstəlik, yerli bazarda Express furqonu Dokker modelindən başqa qeyri-adi bir versiyanı miras olaraq alıb.

Bu, 2017-ci ildə Dacia Dokker çeşidində peyda olmuş pikapdır. Belə avtomobillərin buraxılışı ilə Renault şirkətinin özü məşğul olmur - fransızlar pikapın istehsalını kiçik italyan Focaccia Group Automotive şirkətinə  həvalə  ediblər.

İtalyan firmasının əsas fəaliyyəti seriya modellərinin polis avtomobillərinə çevrilməsi, onların əlil arabası istifadəçilərinin daşınması üçün təkmilləşdirilməsi və müxtəlif aksessuarların istehsalıdır. Pikapa gəldikdə, bu Renault tərəfindən tam təsdiqlənmiş və rəsmi olaraq fransız markasının model çeşidinə daxil edilmiş ortaq bir layihədir.

Express modelinin kuzovu Dokker ilə müqayisədə demək olar ki dəyişməyib və müvafiq olaraq, Focaccia firmasının transformasiya texnolosiyası olduğu kimi qalıb.

Hətta, orijinal plastik hissələr dəsti belə dəyişməyib – bunlara misal kimi, kabininin arxa divarını, bortların daxili üzlənməsinı, açıqlan arxa bortu və sairəni göstərmək olar. Yükləmə platformasının uzunluğu 1,78 metrdir və əlavə ödəniş ilə çoxlu sayda əlavə avadanlıq və aksessuarlar təklif olunur (fotodakı qutu kimi).

Əvvəlki kimi, furqonun pikapa çevrilməsi zamanı, onun altlığı möhkəmləndirilir və sürüşərək açılan sağ qapının girişi qaynaq edilir. Belə iki nəfərlik pikap kommunal xidmətlər, yolçəkənlər, inşaatçılar və ya fermerlər üçün nəzərdə tutulub. Daşıma qabiliyyəti 675 kiloqramdır. Eyni zamanda, avtomobilin texniki hissəsi dəyişilməz qalır. Avropada Renault Express 100 at qüvvəli 1.3-litrlik benzin turbomühərriki, habelə 75 və ya 95 at qüvvəli 1.5 Blue dCi turbodizeli ilə təklif olunur. Tranmsissiya - yalnız altı pilləli mexaniki ötürmələr qutusudur.

Renault Express pikapı Avropa ölkələrindəki rəsmi dilerlərində sifariş edilə bilər, lakin qiymətlər çox yüksəkdir. Baza furqonunun qiyməti 13.900 avrodan başlayırsa, onun pikapa çevrilməsi üçün bu məbləğin 25 faizini əlavə etmək gərəkdir.