Bu gün Renault komandası 2018-ci ildə yarışacaq avtomobilini təqdim edib. Fransız markası 2016-cı ildə Formula 1 çempionatına qayıtdıqdan sonra üçüncü mövsümünə başlayacaqdır.

Keçən mövsümdə Renault komandası ciddi irəliləyişə müvəffəq olub - fransızlar 57 xal toplayaraq doqquzuncu yerdən altıncılığa yüksəliblər. Yeni R.S.18 avtomobili, Niko Hülkenberq və Karlos Saynsdan ibarət pilot tərkibi ilə Enstoun komandası bu il Konstruktorlar kubokunu ilk beşlikdə bitirmək niyyətindədir.

«Yeni mövsümün başlanmasını böyük ümidlə gözləyirik, -  Renault Sport komandasının icraçı direktoru Siril Abitbul bildirib. - Bizim əsas məqsədimiz inkişaf etməkdir. Biz hər sahədə - mühərrik, şassi, komandanın fəaliyyəti, pilotların çıxışı, - inkişafa nail olmalıyıq və bunu birbaşa rəqiblərlə müqayisədə göstərməliyik».

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt