Bu gün Renault F1 Team komandası 2019-cu il mövsümündə istifadə edəcəyi R.S.19 bolidinin döyüş rənglərini təqdim edib. Yeni mövsümdə fransız istehsalçısının idman şərəfini Niko Hülkenberq və Daniel Rikkardo qoruyacaqdırlar.

Yeni avtomobilin təqdimatı komandanın rəhbərliyinin və pilotlarının iştirakı ilə keçirilib. Renault şirkətinin mətbuat xidməti yeni avtomobilin fotoşəkillərini və ona həsr edilmiş kiçik videoçarxı da dərc edib.  Qeyd etmək gərəkdir ki, yeni mövsümdə Renault komandası təqdimat keçirmiş dördüncü komandadır. 

Bu günə qədər Haas, Toro Rosso və Williams yeni livreyalarını təqdim ediblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt