Renault şirkəti Twingo şəhər avtomobilinin Z.E. indeksinə malik olan elektrik modifikasiyasını təqdim edib. Yeni avtomobil benzin mühərrikli versiyanın funksionallığını qoruyub saxlamaqla yanaşı, 82 at qüvvəsi və 160 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə və döşəmənin altında quraşdırılmış 22 kilovat-saat tutumlu batareyaya sahib olub. WLTP City şəhər dövrünə görə, Twingo Z.E. dolu batareya ilə 250 km məsafə qət edə bilər.

Renault Twinzo Z.E. modeli arxamühərrikli platformanı qoruyub və buna görə də, elektromotor yalnız arxa təkərləri hərəkətə gətirir. İnsayderlərin ehtimal etdiyi kimi, güc qurğusu Smart EQ ForFour modelindən götürülüb. Lakin, iki avtomobilin batareyaları fərqlidir: Smart 17,6 kilovat-saatlıq, Twingo Z.E. isə daha məhsuldar 22 kilovat-saatlıq litium-ion batareyası ilə təchiz edilir.

Elektromobilin eksteryer və interyeri, demək olar ki, benzin mühərrikli Twingo modelindən fərqlənmir. “Ekoloji təmizliyi” elektrokarın təchiz edildiyi emblemlər,yan tərəflərdəki yapışdırmalar, radiator barmaqlığımdakı mavi işləmələr və cihazlar panelinin xüsusi tərtibatı biruzə verir.

WLTP City şəhər dövrünə görə, Twingo Z.E. 250 kilometrə qədər yol qət edə bilir, ancaq avtomagistrallarda hərəkəti  nəzərdə tutan "normal" rejimində yürüş məsafəsi 180 kilometrə enir. Buna baxmayaraq, elektromobil yerindən 50 km/saat həddini 4 saniyəyə toplaya və maksimum 135 km/saat həddinə qədər sürətlənə bilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Məişət elektrik şəbəkəsindən Twingo Z.E. modelinin batareyasının tam doldurulmasına 13 saat 30 dəqiqə gərəkdir. 3,7 kilovatlıq mənbədən yükləmə müddəti 8 saata, 7.4 kilovattlıq “super yükləmədən” isə 4 saata qədər azalır. Sürətli 11 kilovatlıq qurğudan batareyanın 80 faizinin doldurulmasına  2 saat 10 dəqiqə, 22 kilovattlıq qurğudan isə 63 dəqiqə sərf etmək gərəkdir.

Renault Twingo Z.E. elektrokarı modelin benzin versiyaları ilə birlikdə təklif ediləcəkdir. Modelin qiyməti hələlik açıqlanmayıb. Çox güman ki, bu məlumat Cenevrə avtosalonunda açıqlanacaqdır. Renault şirkəti, Twingo modelinin Avropa bazarındakı satışlarında elektromobillərin payının 15 ilə 30 faiz arasında olacağını təxmin edir.