Cenevrə avtosalonunun başlanmasına az qalır. Artıq, avtomobil istehsalçıları əllərində olan kartları açmağa başlayıblar. Renault şirkəti də, bu ilin iyununda Avropa dilerlərinə çatdırılacaq yenilənmiş Talisman ailəsini təqdim edib. Model yüngül restaylinqə məruz qalıb, genişlənmiş avadanlıq siyahısına, ikinci səviyyəli avtopilot və yeni "turboüçlüyə" sahib olub.

Yenilənmiş model sələfindən radiator barmaqlığının yeni tərtibatı və ön bamperi ilə seçilir. İşıq texnikası  tam olaraq işıqdioadlarından hazırlanıb və matrisa tipli fənərlər isə opsiya olaraq təklif edilir. Bundan başqa, yenilənmiş Talisman, ekran diaqonalı 10,2-düymlük rəqəmsal cihazlar panelini və 9,3-düymlük displeyi olan, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən Easy Link məlumat-əyləncə sistemini əldə edib.

Renault Talisman modelinin avadanlıq siyahısına ikinci səviyyəli avtopilot daxil edilib. Avtopilot 160 km/saat həddinə qədər sürətlərdə idarəetməni öz üzərinə götürə, müstəqil şəkildə sürətlə və tam dayana bilər. Eyni zamanda, Talisman, seqmentdə tam idarəolunan 4Control şassi ilə təchiz edilmiş yeganə model olaraq qalır. Modelin təchizatına adaptiv amortizatorlar da daxil edilib.

Yenilənmiş Talisman modeli 160 at qüvvəsinə malik olan 1,3-litrlik üçsilindrli turbomühərrik və 7-pilləli iki muftalı “robot” ilə təklif edilir. Renault Megane RS və Alpine A110 modellərindən tanış olan 225 at qüvvəli 1,8-litrlik aqreqat da yenilənmiş modelin mühərrik çeşidinə daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dizel mühərrikləri 120 və ya 150 qüvvəsi hasil edən 1,7-litrlik dördsilindrli aqreqatlar ilə təmsil olunurlar. Turbodizellər 6-pilləli mexaniki transmissiya ilə birlikdə çalışırlar. Bundan əlavə, Renault Talisman i160 və ya 200 at qüvvəsinə malik olan 2,0-litrlik Blue dCi mühərriki ilə təchiz olunur.Bu mühərriklər 6-pilləli iki muftalı transmissiya ilə tandemdə çalışırlar.

Xatırladaq ki, Renault Talisman modeli Azərbaycan bazarında təklif edilmir.