Renault şirkəti "gələcəyin fərdi və ortaq elektrik mobilliyinə baxış" olaraq səciyyələndirdiyi Morphoz konseptini təqdim edib. Konsept avtomobil "ağıllı" enerji sisteminə qoşula bilir və transformasiya olan kuzova sahibdir . Hərəkət rejimindən asılı olaraq, kuzov fiziki şəkildə dəyişir.

Morphoz konsepti, növbəti nəsil Renault elektrokarlarının əsasını təşkil edəcək CMF-EV platformasında inşa edilib. Platforma üçün bir neçə batareya,müxtəlif konfiqurasiyada olan güc qurğuları və salon quruluşu nəzərdə tutulub. Məsələn, konsept avtomobili  136 və ya 218 at qüvvəli elektromotor, həmçini statik (parkinqdə) və dinamik (hərəkət zamanı xüsusi yol səthindən) naqilsiz yükləməni dəstəkləyən 40 və ya 90 kilovat-saatlıq batareya ilə təchiz edilmişdir.

Renault Morfoz konseptinin maraqlı xüsusiyyətlərindən biri də elektrik ekosisteminin bir hissəsi olmaq qabiliyyətidir. Bu konsepsiya yeni deyil. O, şəbəkə ilə iki tərəfli bağlantını və batareyaların ikili istifadəsini nəzərdə tutur: əgər elektromobildən istifadə edilmirsə, o, evi elektriklə təmin edir. Bundan başqa, çıxarılan batareyaları doldurma stansiyasında da saxlanıla bilər ki, ondan digər elektrik avtomobillərinin sahibləri də istifadə edə bilərlər.  Yaxud, ağıllı şəbəkə onlardan küçənin işıqlandırması üçün istifadə edə bilər.

Renault mühəndislərinin fikrincə, hər bir avtomobil üçün ayrıca akkumulyator bloku buraxmaq gərək deyil - onları mübadilə edərək, ətraf mühitə vurulan mənfi təsirləri azaltmaq olar.

Renault Morphoz konseptini gələcəyin avtomobillərinin uyğunlaşma nümunəsi hesab edir. Buna görə də, konsept, hərəkət rejimindən asılı olaraq, fiziki ölçülərini dəyişmə qabiliyyətinə malikdir. Elektrokarın təkər bazası Travel rejimində 2.73 metrdən 2.93 metrə qədər dəyişir. Transformasiya xüsusi yükləmə stansiyalarında baş verir - burada bir neçə saniyə ərzində avtomobillərin batareyaları daha tutumlusu ilə dəyişdirilir. Üstəlik, təkcə ölçülər deyil, həm də kuzov panellərinin və işıq texnikasının da forması adaptasiya olunur.

Bir rejimdən digərinə keçərkən ön qanadın eni dəyişir, kapot və kuzovun arxa hissəsi daha uzun olur. Profil daha axıntılı olur, aerodinamik müqavimət əmsalı azalır və yürüş ehtiyatı artır.

Konseptin salonu da hərəkətin təbiətinə görə dəyişir. Məsələn, ön sərnişin ikinci cərgədə insanlarla ünsiyyət qurmaq üçün oturacağı hərkət istiqamətinin əksinə çevirə bilər. "Səyahət" rejimində  isə, ayaq zonasındakı məsafəni artırmaq məqsədi ilə, arxa oturacaqlar avtomatik şəkildə geri çəkilirlər.

Süni intellektə sahib olan sistemi avtomobilin sahibinin yaxınlaşmasından öncə tanıyır və xüsusi işıqlndırma ardıcıllığından istifadə edərək onu xəbərdar edir. Smartfonun açar rolunda çıxış etdiyini nəzərə alsaq, avtomobili ailə üzvləri və ya dostlar ilə bölüşmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Süni intellekt adi danışığı anlayır, jestləri başa düşür və daim avtomobilin məkandakı vəziyyətini izləyərək, kor zonalarda olan təhlükəli obyektlər barədə məlumat verir. Naviqasiya sistemi avtomatik olaraq marşrut məlumatlarını smartfona ötürür və Travel rejimində ziyarət üçün tövsiyə olunan yerləri göstərir. Üçüncü səviyyəli avtopilot müəyyən müddət ərzində nəzarət funksiyalarını elektronikaya həvalə etməyə imkan verir.

Əlbəttə ki, Morphoz konseptininı seriyaya getmə perspektivləri sıfıra bərabərdir. Bununla birlikdə, konseptin yaradılması zamanı əldə olunan təcrübə, kütləvi elektrokarların yaradılması zamanı istifadə edilə bilər.