Renault şirkəti yenilənmiş Zoe elektrik hetçbekini nümayiş etdirib. Avtomobil yeni interyerə və təkmilləşdirilmiş texniki hissəyə malik olub.

Yenilənmiş avtomobil əvvəlkindən başqa bamper və işıq texnikası, həmçinin 10-düymlük virtual cihazlar paneli və multimedia sisteminin 9,3-düymlük ekranı ilə seçilir. Bundan başqa, klimat-kontrolun idarəetmə bloku dəyişmiş, ötürmələr qutusunun qeydə alınmayan dəstəyi və elektron dayanacaq əyləci peyda olmuşdur. İnteryerin tərtibatında emal edilmiş xammaldan hazırlanmış sintetik parçadan istifadə olunur.

Elektrokar 108 və 135 at qüvvəli elektromühərrik və 52 kilovat-saatlıq litium-ion batareyası ilə təklif edilir. Yerindən 100 km/saat həddinə elektrokar 10 saniyədən az müddətə sürətlənir. Onun maksimal sürəti 140 km/saatdır. Zoe modelinin yürüş ehtiyatı 317-dən 390 kilometrə qədər artırılıb. Batareyanı tam doldurmaq üçün 9 saat 25 dəqiqə tələb olunur. Bir saatlıq enerji yüklənməsi ilə 126 kilometr qət etmək mümkündür. 50-kilovatlıq stansiyadan 30 dəqiqəlik enerji yüklənməsi avtomobili 150 kilometrlik yürüş ehtiyatı ilə təmin edir.

Image alt Image alt Image alt Image alt

Renault Zoe kinetik enerjinin yeni rekuperasiya rejiminə də sahib olub. Bu rejim yavaşlamaq üçün əyləclərdən istifadə etməməyə imkan verir. Yenilənmiş Zoe modelinin Avropadakı satışlarına payızda başlanacaqdır. Elektrokarın qiyməti açıqlanmayıb. Yenilənmədən əvvəlki model 23,2 min avroya satılırdı.