Bu gün Şpilberqdə keçirilən həftəsonunun ikinci yarışı Rene Rastın qələbəsi ilə nəticələnib. Bununla alman pilot DTM çempionatının yeni rekorduna imza atıb. O, yeni çempiinatın tarixində bir mövsümdə ardıcıl dörd qələbə qazanan ilk piot olub. Əvvəllər Bernd Şnayder, Qəri Paffett və Pol di Resta üç dəfə ardıcıl qələbə qazanmağa müvəffəq olubldr.

Sıralamalarda səkkizinci olan Rene Rast əla start alaraq Remus döngəsinə Qəri Paffett, Niko Müller və Pol di Restanın ardınca dördüncü olaraq daxil olub. Öz növbəsində Niko Müller dördüncü dövrədə Qəri Paffetti keçərək liderliyə yükəslib. İlk dördlük Rene Rast pitə yollanana qədər bu ardıcıllığı qoruyaraq saxlayıb. Rastdan bir dövrə sonra isə Pol di Resta pitə yollanıb. Lakin, şotlandiyalı virtual üçüncülüyü əldən verib.

Paffettin də pit-stopu o qədər də uğurlu olmayıb və Rene Rast onu da keçməyə müvəffəq olub.

Paffett ilə di Resta üçüncülük uğrunda mübarizə apararkən Rast Müllerə yaxınlaşmağa başlayıb və yenidən Remus döngəsində komanda yoldaşını keçərək liderliyə yüksəlib. Bundan sonra Rene Rasta avtomobilini salamat şəkildə finişə aparmaq qlıb.

Ön növbəsində di Resta komanda yoldaşı Paffettin hücumlarına davam gətirməyib və yarışı dördüncü olaraq bitirib. Coel Eriksson və Paskal Verlyayn beşinci və altıncı olublar. İlk onluğu Timo Qlok, Mayk Rokenfeller, Filipp Enq və Edoardo Mortara tamamlayıb. Ralli üzrə beşqat dünya çempionu Sebastyen Ojye yarışı 16-cı olaraq bitirib.

Dörd ardıcıl qələbədən sonra Rene Rast pilotlar birinciliyinin lideri olan Pol di Resta arasındakı xal fərqini 30 endirib. Qəri Paffett liderdən 5 xal geridə qalır.

Çempion titulunun taleyi 12-14 oktyabr tarixlərində keçiriləcək Hokkenhaymdakı son mərhələdə bəlli olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt