Bu gün Nürburqrinqdə keçirləcək ilk yarışın təsnifat mərhələsinin qalibi Audi komandasının pilotu Rene Rast olub. Alman pilot dövrəni 1.19,642 zamanla başa vuraraq pouldan start almaq hüququnu əldə edib.

Təsnifat mərhələsinin sonunda Bruno Spenqler (BMW) sürprizə imza ataraq ikinci nəticəni qeydə alıb.  Üçüncü nəticəni Rene Rastla çempionluq titulu uğrunda mübarizə aparan Niko Müller (Audi) göstərib. Mayk Rokenfeller dördüncü, Conatan Aberdin (hər ikisi Audi) isə beşinci olub. Növbəti yerləri Şeldon van der Linde, Timo Qlok (hər ikisi BMW), Ceymi Qrin və Robin Frayns (hər ikisi Audi) tutublar.