Bu gün Nürburqrinq avtodromunda keçirilən ilk yarışın qalibi Audi komandasının çempion pilotu Rene Rast olub. Alman pilot bu mövsümdə ikinci qələbəsini əldə edib. Podiumun ikinci pilləsinə BMW komandasının kanadalı pilotu Bruno Spenqler qalxıb. Çempionatın lideri Qəri Paffett üçüncü olub.

Qüvvədə olan dünya çempionu pouldan start almağın üstünlüklərini qələbəyə çevirməyi bacarıb. Uğurlu start alan alman pilot britaniyalı rəqibinin həmlələrinin qarşısını almağı bacarıb və Paffettlə olan ara məsafəsini artırmağa başlayıb. Rene liderliyi yalnız 16-cı dövrədə pit-stopa yollanması ilə təhvil verib. 

Pit-stopdan sonra rəqibləri ilə geniş məsafə yaradan Rast pit-stopların bitməsi ilə yenidən liderliyə yüksəlib. Qəri Paffett isə ikinciliyini qoriyib-saxlaya bilməyib.

Rene Rast ilə eyni dövrədə pitə yollanan britaliyalı Bruno Spenqlerə keçilib. Kanadalı uğurlu strategiya və gec pit-stop sayəsində Paffettin önünə keçib.

O, hətta yarışın sonlarına yaxın yarışın lideri Rene Rastla olan ara məsafəsini qapatmağa da müvəffəq olub. Yarışın bitməsinə beş dəqiqə qalmış lideri haqlayan Bruno hücum şansına malik olmayıb. Rene Rast rəqibi ilə olan məsafəyə nəzarət edərək növbəti qələbəsini qazanıb.