Bu gün DTM çempionatının final yarışı Audi komandasının alman pilotu Rene Rastın qələbəsi ilə nəticələnib. Rast mövsümün sonunda möhtəşəm çıxış edərək son altı yarışı qazanıb. Lakin, bu alman pilota ikinci dəfə pilotlar birinciliyinin qalibi olmağa yetməyib. Bununla belə, o bir mövsümdə altı dəfə ardıcıl qələbə qazanaraq DTM-in yeni rekorduna imza atıb.

Hokkenhaymda Mercedes komandası çempionatl tam triumf ilə tərk edib: Qəri Paffett ikinci titulunu qazanıb, Ştutqart markası isə həm komandalar, həm də markalar çempionatında qalib olub. Son yarışa Rastdan 14 xal üstünlüklə başlayan Paffettə üçüncülük çempionluq titulunu qazanmaq üçün kifayət edib. 

Rene Rast yarışa möhtəşəm başlayıb. Qırmızı işıqların sönməsi ilə alman pilot poulun sahibi və həmyerlisi Marko Vittmannı keçərək ilk döngəyə lider olaraq girib. Paffett pit-stoplar zamanı Vittmannı üstələsə də, Marko sonradan rəqibini keçərək status-kvonu bərpa edib. Çempionluğa digər namizəd Pol di Resta ümumiyyətlə son yarışı çox sönük şəkildə keçirib. Erkən pit-stop strategiyasını seçmiş şotland pilot yarışın sonunda daha yeni şinlərə malik olan rəqiblərinə keçilərək ilk onluğun xaricində qalıb.

Mövsümün son yarışının ilk altılığında Niko Müller, Robin Frayns (hər ikisi - Audi) və Bruno Spenqler (BMW) finiş görüb. Audi pilotları Paffetti təqib etsələr də ona çatmaq şansları olmayıb. İlk onluğu Münhen təmsilçiləri Auqusto Farfus, Coel Eriksson və Timo Qlok tamamlayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt