Bu gün Nürburqrinq avtodromunda keçirilən ikinci yarışın start düzülüşünü müəyyən edən sıralama sessiyasında yenə də qüvvədə olan dünya çempionu Rene Rast poulu əldə edib.

Alman pilot Nürburqrinqdəki dövrəni 1.22,140 zamanla qət edərək bu güni yarışı birinci yerdən başlamaq hüququnu əldə edib. Onunla birlikdə ilk sıradan yarışı başlayacaq pilot çempionatın lideri Qərii Paffetdir. İkinci sıradan start alacaq pilotlar Münhen təmsilçiləri Filipp Enq və Timo Qlokdur.  Lukas Auer və Paskal Verlyayn (hər ikisi - Mercedes) müvafiq olaraq yarışı beşinci və altıncı yerdən başlayacaqdırlar. Sırlalmada yeddinci və səkkizinci nəticəni göstərmiş Mayk  Rokenfeller (Audi) və  Bruno Spenqler (BMW) dördüncü sıradan yarışı başlayacaqdırlar.

İlk onluğu Marko Vittmann və Coel Eriksson (hər ikisi - BMW) tamamlayıblar.