İspan Repsol neftqaz nəhəngi Avropada ən güclü elektrik yükləmə stansiyasını işə salıb. Biskay vilayətindəki A-8 şossesində yerləşən stansiya 400 kilovatlıq yükləməni təklif edir. Bu, mövcud olan elektromobillərin dəstəklədiyi yükləmədən dəfələrlə çoxdur.

Yeni stansiya son ildə Piriney yarımadasında açılan ikinci belə stansiyadır. Hər iki stansiya Repsol və Basque Energy Board dövlət agentliyinin birgə sahibi olduğu Ibil firmasına məxsusdur. Layihənin digər iştirakçıları Ingeteam elektrik avadanlığı satıcısı və Ormazabal transformator stansiyalarının istehsalçısı olan yerli şirkətlərdir.

Dörd ədəd 400 kilovatlıq terminal Respol şirkətinin Biskay vilayətindəki A-8 şossesində yerləşən ən iri servis stansiyasında quraşdırılıb. Bu gücə uyğun olan elektrokarların batareyasının doldurulmasına 5-10 dəqiqə (40 kVs batareyanın 80% doldurulması vaxtı) vaxt tələb olunur ki, bu da adi yanacağın doldurması vaxtı ilə eynidir. Bu günə qədər ən güclü 350 kilovatlıq teminallar yalnız Ionity şəbəkəsində mövcud idi.

Buna baxmayaraq hər hansı seriya elektrokarı belə terminalın tam gücündən istifadə etmək imkanına malik deyil. Tesla Model S Performance 200 kilovat, Porsche Taycan isə 270 kilovat yükləməni dəstəkləyir. Taycan 2021-ci ildən sonra 350 kilovatlıq dəstəkləmə keçəcəkdir. Gələcəkdə daha güclü stansiyaların da peyda olacağı gözlənilir. BMW və Porsche artıq 450 kilovatlıq stansiyanın prototipini hazırlayıbdır. Bu stansiya nümayiş rejimində fəaliyyət göstərir.

Mənbə: InsideEVs