Amerikan eBay portalında 1957-ci ilin DeSoto Adventurer modelini satışa çıxarıblar. Avtomobilin ilkin satış qiyməti 300.000 dollar təyin edilin. Kabriolet vaxtı ilə "The Carpenters" qrupunun yaradıcısı Riçard Karpenterə məxsus olub.

DeSoto markası vaxtı ilə Chrysler konserninə məxsus olub. Bu markanın modelləri 1928-1961-ci illər arasında istehsal edilmişdirlər. Satışa çıxarılan kabriolet 1957-ci ildə konveyer xəttini tərk etmiş 300 Adventurer modelindən biridir. 63 illik tarixinə baxmayaraq, kabriolet mükəmməl vəziyyətdədir və yeni avtomobilə bənzəyir.

Nadir tapılan kabrioletin interyeri damalı parçadan işləmələri olan açıq qəhvəti dəri ilə üzlənib. Bundan əlavə, avtomobil radiomaqnitola, elektrik şüşəqaldıranları, həmçinin elektriklə tənzimlənən ön oturacaqlar və ön paneldə yerləşən Benrus saatı ilə təchiz olunubdur.

Modelin kapotu altında 345 at qüvvəsi və 529 Nm fırlanma anı hasil edən 5,7-litrlik HEMI V8 mühərriki yerləşir.Mühərrik üç pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

63 yaşlı DeSoto Adventurer modelinin odometrindəki göstərici 1.918 kilometrdir. Satıcı kabrioletin alıcısına Riçard Karpenterin avtomobil ilə birlikdə çəkdirdiyi şəkili də verməyə hazırdır.