Xorvatiyanın yeganə superkar istehsalçısı olan Rimac şirkətinin gələn həftə işinə başlayacaq Cenevrə avtosalonunda yeni elektrik hiperkarını nümayiş etdirəcək. Bu gün superkarın daha bir videotizeri internet şəbəkəsində peyda olub..

Bu tizerdə avtomobilin işıq texnikası və bir sıra kuzov elementləri açıq-aydın görüntülənib. Videotizerdən də göründüyü kimi Rimac Concept Two aktiv arxa antiqanada malik olacaqdır.. Avtomobilin texniki xarakteristikaları açıqlanmasa da, onunı 120 kilovat-saatlıq batareyalarla təchiz edəcəyi söylənilir. Üstəlik, şirkətin daxilindəki mənbələr yeni batareyalar sayəsində Rimac Concept Two elektrik hiperkarının yürüş məsafəsinin 340 kilometrdən çox olacağını da bildiriblər.

Eyni zamanda, yeni hiperkarın dördüncü səviyyə avtonom idarəetmə sisteminə malik olacağı da söylənilir.  Bundan başqa, yeni hiperkarın elektrik mühərriklərinin ümumi gücü 1200 at qüvvəsinin üstündə olacağı da məlum olub. Başqa bir mənbə, Tesla şirkətinin Roadster modelini təqdim etməsindən sonra Rimac şirkətinin hədəfini dəyişdiyini bildirib. Məlum olduğu kimi, Tesla Roadster 200 kilovat-saatlıq batareya ilə təchiz edilib və 100 km/saat sürətini 1,9 saniyəyə toplayır.